QR CodeQR Code

Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 5-ə çatıb, 20 nəfər yaralanıb, 10 nəfər isə itkin düşüb

14 Jun 2015 09:41

IslamTimes - Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.


Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və  bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin  aşkarlandığını bildirib.             
Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Tiflisin bir neçə  mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.    
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.    
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin  xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir. /apa/


Story Code: 466521

News Link :
https://www.islamtimes.org/az/news/466521/tiflisdə-güclü-daşqın-nəticəsində-ölənlərin-sayı-5-ə-çatıb-20-nəfər-yaralanıb-10-isə-itkin-düşüb

Islam Times
  https://www.islamtimes.org