QR CodeQR Code

Mavi Mərmərə gəmisi qayıdır.

islamtimes , 12 Dec 2010 15:30

İslamtimes - Mavi Mərmərə üçün 26 dekabr 2010 tarixində İstanbulda xüsusi bir qarşılama mərasimi təşkil ediləcək.


İslamtimes.org/az - Mavi Mərmərə gəmisi 22 May 2010 tarixində Sarayburnundan Fələstinə yola salınmışdı. Ancaq Aralıq dənizində beynəlxalq sularda Qəzzəyə doğru üzərkən 31 May 2010 gecəsi İsrail əsgərlərinin qanlı hücumlarına məruz qalmışdı. Hücumda 9 Türkiyə vətəndaşı həyatını itirmiş, 50 dən artıq insan kömək könüllüsü yaralanmışdı.

İsrail yalnız müqavimət göstərənləri vurduğunu iddia etsə də, ancaq fotoşəkil çəkən Cövdət Qılınclar alınından vurularkən, kamera çəkilişi edən 19 yaşındakı Furqan Doğan, yaxın məsafədən 5 atəş edilərək şəhid edilmişdi. Eyni hücumda yaralanan Uğur Süleyman Söyləməzin də Ankarada Atatürk Təhsil və Araşdırma Xəstəxanasında reanimasiyada müalicəsi davam edir.

Türkiyə ilə İsrail arasında təzminat və üzr müzakirələri davam edərkən Mavi Mərmərə aktivistləri, gəmilərini qarşılamağa hazırlaşır. 26 dekabr 2010 tarixində Sarayburnu limanında təşkil ediləcək Mavi Mərmərə gəmisini qarşılama mərasimində iştirak etmək üçün Türkiyənin bir çox bölgələrindən avtobuslar yola düşəcək.


İHH Başçısı Bülent İldırım, Mavi Mərmərə gəmisinə yaraşacaq bir qarşılama mərasimi təşkil edəcəklərini qeyd etmişdir. İldırım, "Gəmi necə yola salınmışdısa, elə də qarşılanacaq"


Story Code: 46668

News Link :
https://www.islamtimes.org/az/news/46668/mavi-mərmərə-gəmisi-qayıdır

Islam Times
  https://www.islamtimes.org