QR CodeQR Code

Tezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq

Faktxeber , 15 Jun 2015 17:05

İslamtimes - "Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir. Məşhəd-Bakı uçuş reysi açılarsa, bu imkandan Azərbaycandan İmam Rzanın məqbərəsini ziyarət etmək istəyənlərlə yanaşı, İran və Azərbaycan Respublikasının iş adamları da yararlana bilərlər".


Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında bildirib.

Onun sözlərinə görə, Məşhəd-Bakı uçuş reysinin açılması istiqamətində müzakirələr davam edir: " Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir".

Səfir onu da bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub: "Turizm və xırda ticarət daxil olmaqla İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə bir milyard dollardan çox ola bilər".

İranın Bakıdakı səfiri həmçinin Qərbin Rusiya əleyhinə sanksiyalarına toxunub: "Hazırkı zaman kəsiyində İran məhsullarının Rusiyanın böyük bazarına ixracı üçün Azərbaycan Respublikası ən yaxşı yoldur".


Story Code: 466780

News Link :
https://www.islamtimes.org/az/news/466780/tezliklə-məşhəd-bakı-uçuş-reysi-açılacaq

Islam Times
  https://www.islamtimes.org