0
Monday 15 June 2015 - 17:05

Tezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq

Story Code : 466780
Tezliklə Məşhəd-Bakı uçuş reysi açılacaq
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında bildirib.

Onun sözlərinə görə, Məşhəd-Bakı uçuş reysinin açılması istiqamətində müzakirələr davam edir: " Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir".

Səfir onu da bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub: "Turizm və xırda ticarət daxil olmaqla İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə bir milyard dollardan çox ola bilər".

İranın Bakıdakı səfiri həmçinin Qərbin Rusiya əleyhinə sanksiyalarına toxunub: "Hazırkı zaman kəsiyində İran məhsullarının Rusiyanın böyük bazarına ixracı üçün Azərbaycan Respublikası ən yaxşı yoldur".
Source : Faktxeber
Comment