0
Thursday 18 June 2015 - 14:44

Doktor Mövsüm Səmədov “kars”a salınıb

Story Code : 467509
Doktor Mövsüm Səmədov “kars”a salınıb
Doktor Mövsüm Səmədov “kars”a salınıb
Hacı Mövsüm Səmədov artıq 5 gündür ki, karserə salınıb.

Bu barədə islamazeri.az-a AİP liderinin yaxınları məlumat verib.

Məlumata görə, hacı Mövsüm Səmədov artıq 5 gündür ki, karserə salınıb. Məsələ ilə bağlı AİP sədrinin vəkili ilə əlaqə saxladıq. Vəkil Anar Qasımlı qeyd etdi ki, hacı Mövsüm Səmədovun karserə salınmasını ötən gün bilib və yaxın günlərdə onunla görüşəcək.

Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilib. O, saxta ittihamlarla hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.
Source : Islaminsesi
Comment