QR CodeQR Code

DYP-dən daha bir qara xəbər

13 Dec 2010 14:05

IslamTimes - Bakı şəhəri ərazisində inzibati xəta törədən sürücülər sənədlərini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İnzibati Təcrübə Müfəttişliyindən almalıdırlar.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Bakı şəhərinin inzibati ərazisində inzibati xəta törədən sürücülərin sənədləri Müfəttişliyə göndərilir. Sürücülər müvafiq cəriməni ödədikdən sonra sənədlərini həmin Müfəttişlikdən almalıdırlar.
Müfəttişlik Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 3-cü dairəvi yol ünvanında yerləşir.
Bundan öncə Bakının rayonlarında qeydiyyatda olan sürücülər inzibati xəta törədərkən sənədlərini qeydiyyatda olduqları rayonların yol polisi şöbələrindən alırdılar.
Şöbə rəisi bildirib ki, bu, Prezidentin 2 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunan "Yol hərəkəti haqqında qanun"a və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərin tələblərinə uyğun həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini pozan sürücülər yerində cərimələnərək inzibati məsuliyyətə cəlb olunur (15-20 manat), həmin maddənin digər bəndlərinin təsirinə düşən inzibati xəta törədən sürücülər barəsində protokol tərtib edilərək sənədləri alınır. Onlar müvafiq cəriməni bank vasitəsilə ödədikdən sonra sənədləri qaytarılır.


Story Code: 46759

News Link :
https://www.islamtimes.org/az/news/46759/dyp-dən-daha-bir-qara-xəbər

Islam Times
  https://www.islamtimes.org