QR CodeQR Code

Ərdoğan kənddə sobanın qırağında bardaş qurdu

13 Dec 2010 15:04

IslamTimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin Siirt bölgəsinə səfər edib.


Baş nazir kürdlərin yaşadığı Aktaş kəndində də olub. O, kənd sakini Misbaş Kezerin evinə gedib. Yerdə bardaş quran Rəcəb Tayyib Ərdoğan ailə ilə söhbət edib.
Daha sonra kənd meydanına çıxan baş nazir sakinlərlə görüşüb. Türk dilində bilməyən bəzi vətəndaşlar ona kürdcə müraciət etmək istəyiblər. Baş nazir isə kənd təsərrüfatı naziri Mehdi Ekeri yanına çağıraraq, tərcümədə ondan kömək istəyib. Kəndlilər nazir vasitəsilə probelmlərini Ərdoğana çatdırıblar. O isə həmin problemlərin həlli ilə bağlı göstəriş verib. /Milli.Az/


Story Code: 46769

News Link :
https://www.islamtimes.org/az/news/46769/ərdoğan-kənddə-sobanın-qırağında-bardaş-qurdu

Islam Times
  https://www.islamtimes.org