QR CodeQR Code

Kreml söz verdi!

13 Dec 2010 15:17

IslamTimes - Gözləriniz aydın, Rusiya söz verib! Astanada imzalanmış bəyannaməyə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında özünün vasitəçilik səylərini artıracaq.


Bu barədə bazar günü jurnalistlərə RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. Arxayın olun, rusun işi də iş olmasa, sözü sözdür.
Səfirin sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının son görüşü Astanadakı sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mümkün birgə addımların müəyyən edilməsi üzrə növbəti addım olub.
Dekabrın 9-da Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbaldyanın görüşü keçirilib.Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. /HaqqYolu/


Story Code: 46771

News Link :
https://www.islamtimes.org/az/news/46771/kreml-söz-verdi

Islam Times
  https://www.islamtimes.org