QR CodeQR Code

Papanın təklifi Buşun xoşuna gəlmədi

19 Jun 2015 15:45

IslamTimes - Katolik dünyasının ruhani lideri insanlara daha bir xəbərdarlıq edib.


ANS PRESS-in məlumatına görə, mobil telefondan, internetdən və d. vasitələrdən istifadə ilə bağlı insanlara məsləhət verən papa Fransisk bu dəfə qlobal istiləşmənin günahını da insanlarda görüb.
Kilsə çıxışlarının birində 192 səhifəlik nizamnamə oxuyan Papa qlobal istiləşmənin qarşısını almaq üçün yanacağın az işlədilməsinin vacibliyini vurğulayıb.
O, ətraf mühitin çirklənməsində inkişaf etmiş ölkələrin (İEÖ) “rolu” olduğunu, buna görə də həmin ölkələrin enerjidən qənaətlə istifadə etməli olduqlarını sözlərinə əlavə edib.
Onun bu çıxışı ətraf mühiti qorumağa çalışanlar tərəfindən rəğbətlə qarşılanıb. Lakin ABŞ-ın prezidentliyə namizədlərindən olan Ceb Buşun istehzasına səbəb olub. O, hər bir halda iqtisadiyyatı hansısa rahibdən, ya da papadan öyrənməyəcəklərini söyləyib.
Qeyd edək ki, Papa Fransisk 2013-cü ilin mart ayında bu vəzifəyə gətirilib.


Story Code: 467718

News Link :
https://www.islamtimes.org/az/news/467718/papanın-təklifi-buşun-xoşuna-gəlmədi

Islam Times
  https://www.islamtimes.org