0
Monday 13 December 2010 - 15:28

Londonda Aşura mərasimlərində 5000 insan iştirak edir

Story Code : 46773
London məhərrəmlik
London məhərrəmlik
 İngiltərə paytaxtı Londonda yerləşən “Universal İslam Assosiasiyası”nın üzvi Məşhədi Rza bu barədə Deyerler.org-a açıqlamasında bildirmişdir: “Ötən həftədən başlayaraq hər gün “Universal İslam Assosiasiyası”nda matəm mərasimləri və əzadarlıqlar keçiririk. Bu mərasimlər növbəti həftənin cümə günü - Aşura gününə qədər davam edəcək. Hər gün davam edən mərasimlərə xeyli sayda London sakinləri qatılır. Əlbəttə, Londondakı matəm mərasimlərinin iştirakçılarının dəqiq sayını demək çətindir. Lakin hər gün ətrafda yaşayan müxtəlif sayda İngiltərə vətəndaşı matəm mərasimlərində iştrak edir. Aşura günü isə, təkcə bizim mərasimlərdə təqribən 4000-5000 insan iştrak edir”.
Comment