QR CodeQR Code

Londonda Aşura mərasimlərində 5000 insan iştirak edir

13 Dec 2010 15:28

IslamTimes - İngiltərədə Məhərrəm-Səfər əyyamı ilə bağlı mərasimlər davam edir.


 İngiltərə paytaxtı Londonda yerləşən “Universal İslam Assosiasiyası”nın üzvi Məşhədi Rza bu barədə Deyerler.org-a açıqlamasında bildirmişdir: “Ötən həftədən başlayaraq hər gün “Universal İslam Assosiasiyası”nda matəm mərasimləri və əzadarlıqlar keçiririk. Bu mərasimlər növbəti həftənin cümə günü - Aşura gününə qədər davam edəcək. Hər gün davam edən mərasimlərə xeyli sayda London sakinləri qatılır. Əlbəttə, Londondakı matəm mərasimlərinin iştirakçılarının dəqiq sayını demək çətindir. Lakin hər gün ətrafda yaşayan müxtəlif sayda İngiltərə vətəndaşı matəm mərasimlərində iştrak edir. Aşura günü isə, təkcə bizim mərasimlərdə təqribən 4000-5000 insan iştrak edir”.


Story Code: 46773

News Link :
https://www.islamtimes.org/az/news/46773/londonda-aşura-mərasimlərində-5000-insan-iştirak-edir

Islam Times
  https://www.islamtimes.org