0
Saturday 20 June 2015 - 18:43

Ərəbistandan Rusiyaya: “İranı razı salın!”

Story Code : 467980
Ərəbistandan Rusiyaya: “İranı razı salın!”
Ərəbistandan Rusiyaya: “İranı razı salın!”
SizinYol-un məlumatına görə Ərəbistanın müdafiə naziri Məhhəməd bin Salman Rusiyaya səfəri zamanı Ərəbistan padşahının alovlu salamlarını Rusiya prezidenti Vladimr Putinə çatdırdı və ondan istədi ki, mövcud problemlərin həllində Ərəbistana kömək etsin. Məhəmməd İbn Salman Putinlə görüşünsdə müxtəlif məsələlər barəsində Putinlə məsləhətləşdi. O Rusiyadan istədi ki, Yəmən məsələsində daha fəal olsunlar və öz həqiqi rolunu ifa etsinlər. Məhəmməd ibn Salaman Yəmənlə bağlı Rusiya ilə İranın yaxın mövqedə olmasını, Rusiyanın İranla və Yəmən inqilabçıları ilə yaxşı münasibətdə olmasını nəzərə alaraq Putindən istədi ki, bu problemin mümkün qədər tez siyasi yolla həllinə çalışsınlar.
Məhəmməd ibn Salman dedi: Hazırıkı şəraitdə biz artıq Mənsur Hadinin yenidən Yəmən hakimiyyətinə qayıtmasını tələb etmirik. Yalnız husiləri məhdudlaşdırmaq və onları tənbeh etmək fikrindəyik. O Moskvanın, Ərəbistanın əhalinin yaşadığı məntəqələrə havadan zərbələr etməsinə nigaran olduğunu bildirməsinə belə cavab verdi: Bizim Yəmənə hərbi hücumlardan məqsədimiz Ərəbistanın müttəfiqi olan Mənsur Hadini Yəmən hakimiyyətinə geri qaytarmaq və İranın Ərəb körfəzindəki günbəgün artan nüfuzunun qarşısını almaqdır. Biz öz hücumlarımızla Husi şiələrini məhv etmək və onların qarşısını almaq istəyirik. Lakin dünyadakı və məntəqədəki dövlətlər bizimlə bu işdə həmkarlıq etmədikləri üçün hazırda nəinki husilər tənbeh olunmayıb, əksinə onlar bütöv Yəmənə və bizim cənubdakı üç vilayətimizə nəzarəti ələ alıblar. Bu isə bizim üçün heç cür qəbul edilməzdir.
Ərəbistan müdafiə naziri Məhəmməd bin Salman rəsmi Moskvadan istədi ki, mümkün qədər tez bu məsələylə maraqlansınlar, İranı və husiləri razı salsınlar ki, problemin həlli üşün Ərəbistanın bəzi şərtlərini qəbul etsinlər.
Source : Sizinyol
Comment