QR CodeQR Code

Putin: “İŞİD-in "uğurları" ABŞ-ın dəstəyi nəticəsində olub”

Deyerler , 21 Jun 2015 16:42

Islamtimes - Rusiya prezidenti İŞİD terror təşkilatının İraq ordusundan da mütəşəkkil olduğunu açıqlayıb. Rusiya prezidenti Vladimir Putin bu barədə Sankt-Peterburqda keçirilən İqtisadi Forumda çıxışı zamanı bildirib.


"Mən bir neçə dəfə İraqı nümunə çəkdim. Biz İraqa baxanda orada nələr olduğunu görürük. ABŞ hazırda İraqı dəstəkləyir, bu ölkənin ordusuna silah verir. İraq ordusuna təlim keçir. Bütün bunlara baxmayaraq İŞİD məhdud bir güclə, hətta İraq ordusunda belə olmayan silahlar ələ keçirə bilir", - deyə Putin bildirib.

Suriyadakı böhranla bağlı da açıqlama verən Putin ölkəyə xarici müdaxiləyə qarşı olduqları dilə gətirib. "Bəşər Əsəd ilə ölkəni silahlı münaqişələrdən qurtaracaq siyasi həll üçün işləməyə hazırıq. Amma bu, kənardan gələcək hərbi qüvvələrlə olmamalıdır”.

ABŞ-ın Suriya və İraq siyasətini tənqid edən Putin rəsmi Vaşinqtonun İŞİD-ə qarşı siyasətinin hər iki ölkədə dəhşətli və faciəli nəticələr yaratdığını bildirib. "ABŞ İraqı, İraq ordusunu dəstəkləyir. İŞİD isə iki-üç dəfə hücum etməklə İraq ordusundan xeyli sayda silah ələ keçirib. İndi İraq ordusundan daha yaxşı təchizata malikdirlər. Bütün bunlar ABŞ-ın dəstəyi nəticəsi olub”.


Story Code: 468147

News Link :
https://www.islamtimes.org/az/news/468147/putin-işid-in-uğurları-abş-ın-dəstəyi-nəticəsində-olub

Islam Times
  https://www.islamtimes.org