QR CodeQR Code

Əhmədinejad Müttəkiyə təşəkkür etdi

14 Dec 2010 01:20

IslamTimes - İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən çıxarılıb.


İran Prezidentinin rəsmi saytının bazar ertəsi yaydığı məlumata görə, bu vəzifəni müvəqqəti olaraq Əli Əkbər Salehi icra edəcək.
Əhmədinejad Müttəkiyə öz xidməti vəzifəsini yerinə yetirdiyinə görə təşəkkür edib. Müttəki son yeddi ildə Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Əhmədinejadın ilk prezidentliyi dövründə bu vəzifəyə təyin edilmişdi.
Hazırda Müttəki Seneqalda rəsmi səfərdədir. Xarici işlər naziri vəzifəsinə müvəqqəti olaraq Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi təyin olunub. /Trend/


Story Code: 46815

News Link :
https://www.islamtimes.org/az/news/46815/əhmədinejad-müttəkiyə-təşəkkür-etdi

Islam Times
  https://www.islamtimes.org