QR CodeQR Code

Başqasınn malını bölməyə nə var!

14 Dec 2010 02:03

IslamTimes - İsrailin müdafiə naziri Ehud Barak Qüdsün İsrail və Fələstin arasında bölünməsi tezisini müdafiə edib.


Barak Vaşinqtonda keçirilən bir konfransdakı çıxışında ABŞ-ın keçmiş prezidenti Bill Klintonun 2000-ci ildə təklif etdiyi Qüdsün bölünməsi planına dəstək verdiyini deyib və iki dövlətli həll planı ilə İsrailin təhlükəsizliyi məsələsi arasında ziddiyyət olmadığını bildirib.
İsrailin baş naziri Bünyamin Netanyahu isə Barakın sözlərinin İsrailin rəsmi siyasəti olmadığını açıqlayıb. Netanyahu Barakın bu sözləri Əmək Partiyasının sədri olaraq söylədiyini və hökuməti təmsil etmədiyi üçün onun sözlərinin İsrailin siyasətini əks etdirmədiyini açıqlayıb.
İsrailin sənaye və ticarət naziri Bünyamin Ben Eliezer fələstinlilərlə sülh müzakirələri olmayacağı təqdirdə, Əmək Partiyasının hökumətdən çəkiləcəyini bildirib.
ABŞ dövlət katibi Hillari Klinton isə Fələstin dövlətinin qurulması istiqamətindəki dəstəyi artıracaqlarını, müzakirələr nəticəsində qurulacaq Fələstin dövlətinin qaçılmaz olduğunu deyib.
Qeyd edək ki, Fələstin tərəfi yəhudi inşaat məskənlərinin inşaatı dayandırılmayacağı təqdirdə birbaşa müzakirələrdə iştirak etməyəcəyini açıqlayıb. /trt/


Story Code: 46818

News Link :
https://www.islamtimes.org/az/news/46818/başqasınn-malını-bölməyə-nə-var

Islam Times
  https://www.islamtimes.org