QR CodeQR Code

Təhsil nazirindən belə cümlələr?!

14 Dec 2010 02:51

IslamTimes - Təhsil Naziri Misir Mərdanov həm Allahın qanunlarına əməl etmək istəyir, həm də Allahla mübarizə aparmaq niyyətindədir.


Misir Mərdanov dindarların etiraz aksiyasından sonra özünü itirib. Nazirin dediyi sözləri orjinal olaraq sizlərə təqdim edirik: “Əgər bu gün Təhsil Nazirliyinin xüsusi maddəsində qeyd olunursa ki, məktəbə şagirdlər məktəbin nizamnaməsi əsasında nəzərdə tutulmuş formada gəlməlidirlər. Onu da burada mənə belə gəlir ki, hər bir əlavə hərəkət yersizdir. Biz müsəlmanıq, dinin bütün tələblərinə cavab verən addımlarını atmalıyıq, eyni zamanda qanunlarımıza da riayət etməliyik. Mən bütün Azərbaycan cəmiyyətini buna çağırıram.”
Bunu da nəzərinizə çatdıraq ki, nazir stresli olduğundan “Onu da burada mənə belə gəlir ki, hər bir əlavə hərəkət yersizdir” cümləsində ilk sözün “onu da” ya “onda” olduğunu dəqiq müəyyənləşdirə bilmədik.
Televizya kanalına müsahibə verən Misir bəyin “bütün Azərbaycan xalqını qanuna riayət etməyə çağırıram” deməsi bunu göstərir ki, Azərbaycan xalqı məktəblərdəki hicab qadağasına qarşıdırlar!


Story Code: 46819

News Link :
https://www.islamtimes.org/az/news/46819/təhsil-nazirindən-belə-cümlələr

Islam Times
  https://www.islamtimes.org