QR CodeQR Code

Türkiyə-Azərbaycan əlaqələri indiyədək bu qədər sıx olmayıb

14 Dec 2010 11:07

IslamTimes - Əhməd Davudoğlu: “Türkiyə və Azərbaycan arasında əlaqələr indiki kimi sıx olmayıb”


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin türk dövlətləri ilə əlaqələri barədə açıqlama verib.
“Yeni Şafak” qəzetinin verdiyi xəbərə əsasən, türkiyəli nazir Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səfər zamanı Özbəkistanın xarici işlər naziri, Türkmənistan prezidenti və XİN rəhbəri ilə görüşdüyünü bildirib. Əhməd Davduoğlunun sözlərinə görə, səfərdən sonra Türkiyə-Türkmənistan əlaqələri daha əlverişli zəmində inkişaf edəcək. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanla əlaqələrə də toxunub. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri indiyədək bu qədər sıx olmayıb. Bundan başqa, o, məlumat verib ki, ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli ələqəri də inkişaf edir: “Bakı-Tiflis-Ceyhan neft kəmərinə Qazaxıstan nefti axmağa başladı. Daha bir üçtərəfli əlaqələrə başlayırıq. Azərbaycan, Türkmənistan və Türkiyə də bir araya gələcək”.


Story Code: 46840

News Link :
https://www.islamtimes.org/az/news/46840/türkiyə-azərbaycan-əlaqələri-indiyədək-bu-qədər-sıx-olmayıb

Islam Times
  https://www.islamtimes.org