0
1
comments
Wednesday 15 December 2010 - 01:58

Xanım müxbirlərimiz hicaba qadağaya etiraz edirlər

Story Code : 46923
Jurnalist xanımlar hicab bağladı
Jurnalist xanımlar hicab bağladı
“Yeni Müsavat” qəzetinin xanım əməkdaşları Təhsil Nazirliyinin orta məktəblərdə hicaba qarşı qoyduğu qadağaya etiraz əlaməti olaraq aksiya keçiriblər.
Qadın müxbirlər və texniki işçilər birlikdə səhər tezdən işə gələrkən birlikdə hicab taxıblar. Xanımlar bir gün işə hicabla gəlməklə orta məktəbə hicabla buraxılmayan şagird və valideynlərin hüquqlarının pozulmasına qarşı çıxır və onların haqlarının tezliklə bərpa olunmasını istəyirlər. Xatırladaq ki, son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla dərsə gələn şagirdlər geri qaytarılır və onlara bildirilir ki, xüsusi qaydada müəyyən olunmuş məktəbli formasında dərsə gəlməlidirlər. Dindarlar isə bunun hüquq pozuntusu olduğunu bildirir. /Yeni Müsavat/
Comment


United Kingdom
Super halal olsun.Tək siz yox son vaxtlar hicab qadağasından sonra çoxları hicaba keçdi.Bu lap adama zövq verir.