QR CodeQR Code

Koalisiya hökumətində böhran

15 Dec 2010 02:09

IslamTimes - Pakistanda koalisiya hökumətində böhran yaşanır


Bir naziri korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırılan İsləm Üləma Cəmiyyəti koalisiyadan çəkildiyini açıqlayıb. Partiya sədri Fazlurrəhman nazirlərinin vəzifədən uzaqlaşdırılmasından sonra koalisiyada qalmalarının mümkün olmadığını bildirib. Qeyd edək ki, Pakistanın baş naziri Yusif Rza Gilani Həcc mövsümündə rüşvət aldığı iddia edilən iki naziri vəzifədən alıb. Bu nazirlərdən biri İslam Üləma Cəmiyyəti Partiyasının üzvü olub. Koalisiyanın pozulmasına baxmayaraq, iqtidar partiyası hələ parlamentdə səs çoxluğuna sahibdir. 342 yerlik parlamentdə əqtədarın 181 millət vəkili var.


Story Code: 46924

News Link :
https://www.islamtimes.org/az/news/46924/koalisiya-hökumətində-böhran

Islam Times
  https://www.islamtimes.org