0
Friday 26 June 2015 - 20:03

“Doktor Səmədov zamanəsinin diri şəhididir”

Story Code : 469456
“Doktor Səmədov zamanəsinin diri şəhididir”
“Doktor Səmədov zamanəsinin diri şəhididir”
“AİP lideri Mövsüm Səmədovun saxta ittihamlarla həbs edilməsi hər kəsə gün kimi aydındır. Əslində ona qarşı yaşananlar ondan xəbər verir ki, mövcud rejim Mövsüm Səmədovu fiziki baxımdan məhv etmək istəyir.”

Bu sözləri FaktXeber.com-a Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev son günlər AİP lideri doktor Mövsüm Səmədovun qapalı tipli Qobustan həbsxanasında karserə salınmasına münasibət bildirərkən qeyd edib.

Eldəniz bəy onu da bildirdi ki, O, Mövsüm Səmədov kimi əxlaqına, imanına və əqidəsinə sadiq bir insanla vaxtı ilə yaxın münasibətdə olduğuna görə fəxr edir: “Əslində doktor Səmədov zamanəsinin diri şəhididir. Görünən budur ki, hakimiyyət Mövsüm Səmədovdan qisas almağa çalışır. Cəmiyyət olaraq Mövsüm Səmədovu özümüzə örnək qəbul etməli və hər bir şəxs onun müdafiəsinə qalxmalıdır. Biz ümid edirik ki, qısa bir zaman ərzində AİP lideri Mövsüm Səmədov yenidən öz aramızda və azadlıqda görəcəyik.”
Source : Faktxeber
Comment