0
Saturday 27 June 2015 - 12:58

Ayətullah Xamenei ABŞ-a güvənmir

Story Code : 469579
Ayətullah Xamenei ABŞ-a güvənmir
Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazim Siddiqi olub. O, çıxışının əvvəlində İranın nüvə müzakirələri məsələsinə toxunaraq bildirib: "Rəhbərimiz bu barədə qəlblərə rahatlıq gətirən çıxışlı etdi. Onun çıxışı eyni zamanda məsulların bir-birinə yaxınlaşmalarına da səbəb oldu. İnqilab rəhbəri müzakirə heyətini dəstəkləyərək, məsuliyyət yüklərinin ağır olduğunu bildirdi. İmam Zamanın (ə.f) naibinin bir qrup şəxsi dindar, qeyrətli və şücaətli adlandırması dəyərli bir haldır. Lakin biz bilməliyik ki, o həzrətin dəstəkləməsi müzakirə heyətini toxunulmaz etmir. Onlar da yanlışa yol verə bilərlər. Elə bu səbəbdən milli-məclis bu məsələyə nəzarət etməlidir. Xalq da mübarək ayda dualarını əsirgəməməlidir. Bu müzakirələr ölkəmizin taleyini həll edəcəkdir. Tarixin ən həssas və təhlükəli hadisəsini yaşamaqdayıq. Şəhidlərimizin qanı bahasına qazandığımız izzəti qorumalıyıq. Biz bəzi ölkələr kimi zillətə boyun əyməməliyik. Biz inqilab etmiş bir ölkəyik və dünyaya yeni inqilab növü bəxş etmişik. Müzakirə heyəti də imamın və vilayətin gücünü qorumalıdır. Bu işin həm duaya, həm təvəssülə, həm də nəzarət və hidayətə ehtiyacı var. Rəhbərimiz çıxışında da qeyd etdi ki, bəziləri mümkündür bu cür bildirsin ki, biz xüsusi görüşdə hansısa izni kiməsə vermişik. Yox, bu cür deyil. Biz ümumi görüşlərdə qeyd etdiyim qırmızı xətləri elə xüsusi görüşlərdə də qeyd edirik. Ümüd edirik ki, inqilabın və ölkənin həqiqi sahibinin dəstəyi ilə nüvə sərmayəmizi ciddi dəyərləndirək və bu sahədə də qalib olaq". Kazim Siddiqi daha sonra İmam Xameinin AB-a güvənmədiyini bildirib. Və qeyd belə edib: "İnqilab rəhbəri ABŞ-a güvənmədiyini bildirir. Deyir ki, biz Amerikanı bu müzakirələrdə sınadıq və onların 6 ayının 2 ilə çevrilməsinin şahidi olduq. Müzakirə heyətimiz bilməlidir ki, bu, o ABŞ idi ki, müzakirə təklifini irəli sürdü. Alimlərimiz nüvəni 20 % zənginləşdirə bildilər. Qərb yalnışa yol verdiyini və İranın təsəvvür etmədiyi gücə çevriləcəyini gördü. Müzakirələrdə geriyə addım atıb bu üstünlüklərin qədrini bilməsək, məğlub olacağıq. Onların vədələrinin yalan olduğunu anlamalıyıq. Bütün sanksiyalar istər BMT-nin, istər Amerikanın, istərsə də konqresin hamısı qaldırılmalıdır. Dondurulmalıdır yox, qaldırılmalıdır. Hədəfimiz böyük oldusa, səbr və dözümümüz də böyük olmalıdır. Bəziləri bilərəkdən ya bilməyərəkdən problemlərin həlli üçün islami prinsiplərimizdən uzaqlaşmağın zəruriliyini qeyd edirlər. Guya bunu edərək Qərbin bizə yaşıl ışıq yandırmasını əldə etməliyik. Bu çox təhlükəli sözdür. Geriyə addım atmaq, inqilab və dinimizin qırmızı xətlətindən uzaqlaşmaq, xalq çətinliklərə səbr edə bilməz, - deyərək güvənsizlik yaratmaq yerində olmayan qəzavətdir. Xalq buna dözəcəkdir. Çünki, bu xalq 8 il savaşda oğullarını döyüşə hazırlayan xalqdır. İmam Xomeyni (r) də deyərdi ki, bizim xalqımız islamın ilk zamanlarının camaatından daha üstündür. Xalqa güvənmək və müqavimət dərsi öyrənmək lazımdır".
/İslamazeri/
Comment