0
Thursday 16 December 2010 - 01:23

Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırılıb

Story Code : 47012
Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırılıb
Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırılıb
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko ölkənin Kioto protokolu çərçivəsində aldığı maddi vəsaitlərin təyinatı üzrə xərclənməməsində ittiham olunur. Bunu jurnalistlərə açıqlamasında Baş Prokurorluğun xüsusilə vacib işlərin istintaqı üzrə Baş İdarəsində dindirilən sabiq baş nazirin özü deyib. O bildirib ki, müxalifətə qarşı Konstitusiyaya, qanunlara məhəl qoyulmadan sistemli terror aparılır: “Mən müstəntiqdən öyrəndim ki, ekoloji vəsaitlərin böhran dövründə təqaüdlərin ödənməsinə yönəldildiyi ittihamı ilə barəmdə cinayət işi qaldırılıb. Mən böhran dövründə insanların təqaüdünü ödədiyim üçün böyük cinayətə yol vermişəm. Yanukoviç həddini aşıb və o, müxalifətə qarşı hər repressiv addıma və Ukrayna vətəndaşlarına qarşı əməllərinə görə cavab verməli olacaq”.
Baş Prokurorluğun mətbuat xidməti Y. Timoşenkoya qarşı ağır nəticələrə səbəb olmaqla vəzifə və xidməti səlahiyyətlərini aşma maddəsi ilə (7 ildən 10 ilə qədər həbs) cinayət işi qaldırıldığını açıqlayıb: “Ona qarşı ittiham irəli sürülməyib və o, şübhəli şəxs statusundadır. Ondan başqa yerə getməmək barədə iltizam alınıb”.

Comment