QR CodeQR Code

İran: “Bu savaş Türkiyə üçün tələdir”

30 Jun 2015 01:05

IslamTimes - “Suriyanın şimalındakı qarşıdurmanı Türkiyə sərhədlərinə doğru yaxınlaşdırmaq provakasiyadır”.


Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Türkiyədəki səfiri Əli Rza Bikdeli çıxış edib. Onun sözlərinə görə, imperialist dövlətlər məzhəb, etnik və iqtisadi problemlərdən yararlanaraq, islam dünyası üzərində hakimiyyətini davam etdirməyə çalışır:
“Biz region ölkələri ortaq fəaliyyət aparsaq, bu savaşı qazanacağıq. Suriyada savaş başladığı andan etibarən bu ölkəyə xarici müdaxilənin olacağı ilə bağlı hər kəsi xəbərdar etmişdik. Xoşbəxtlikdən həm İran, həm Türkiyə Suriya torpaqlarının bütövlüyünü istəyir. Lakin bu kifayət etmir. Suriyada sülhün əldə olunması üçün tezliklə tərəflər arasında dialoq başlamalıdır”.


Story Code: 470241

News Link :
https://www.islamtimes.org/az/news/470241/iran-bu-savaş-türkiyə-üçün-tələdir

Islam Times
  https://www.islamtimes.org