0
Thursday 16 December 2010 - 11:37

Əli Kərimli Aşuradan danışdı

Story Code : 47032
Əli Kərimli Aşuradan danışdı
Əli Kərimli Aşuradan danışdı
Türkiyədə həm iqtidar, həm də müxalifət partiyaları Aşura mərasimlərində iştirak edəcək. Dekabrın 16-da İstanbulun mərkəzi Halkalı meydanında keçiriləcək geniş Aşura mərasimlərində AKP ve CHP liderləri iştirak edəcək. Bəs görəsən Azərbaycan iqtidarı və müxalifəti necə, ölkədə keçiriləcək Aşura mərasimlərinə qatılacaqmı? Mövzu ilə bağlı açıqlamasında AXCP sədri Əli Kərimli "Deyerler"-ə bildirmişdir: “Biz partiya səviyyəsində belə qərarlar vermirik. Biz matəm mərasimlərində iştirakı hər kəsin müstəqil özünün iştirakına buraxmışıq. Bilirəm ki, xeyli sayda cəbhəçi bu mərasimdə iştirak edir. Biz ümumiyyətlə partiya olaraq dini mərasimləri siyasi məqsədlərlə istifadəni düzgün saymırıq. Aşura günü onsuz da qeyri-rəsmi olsa da, iş günü olmur. Azərbaycanlılar neçə əsrlərdir ki, bu qaydaları hətta imperiya dövründə qoruyub saxlaya biliblər. Kimin nə qərar verməsindən asılı olmayaraq, faktiki Aşura günü iş günü olmur”. /Deyerler/
Comment