QR CodeQR Code

Əli Kərimli Aşuradan danışdı

16 Dec 2010 11:37

IslamTimes - Əli Kərimli: “Azərbaycanlılar neçə əsrlərdir ki, Aşura mərasimini hətta imperiya dövründə qoruyub saxlaya biliblər”


Türkiyədə həm iqtidar, həm də müxalifət partiyaları Aşura mərasimlərində iştirak edəcək. Dekabrın 16-da İstanbulun mərkəzi Halkalı meydanında keçiriləcək geniş Aşura mərasimlərində AKP ve CHP liderləri iştirak edəcək. Bəs görəsən Azərbaycan iqtidarı və müxalifəti necə, ölkədə keçiriləcək Aşura mərasimlərinə qatılacaqmı? Mövzu ilə bağlı açıqlamasında AXCP sədri Əli Kərimli "Deyerler"-ə bildirmişdir: “Biz partiya səviyyəsində belə qərarlar vermirik. Biz matəm mərasimlərində iştirakı hər kəsin müstəqil özünün iştirakına buraxmışıq. Bilirəm ki, xeyli sayda cəbhəçi bu mərasimdə iştirak edir. Biz ümumiyyətlə partiya olaraq dini mərasimləri siyasi məqsədlərlə istifadəni düzgün saymırıq. Aşura günü onsuz da qeyri-rəsmi olsa da, iş günü olmur. Azərbaycanlılar neçə əsrlərdir ki, bu qaydaları hətta imperiya dövründə qoruyub saxlaya biliblər. Kimin nə qərar verməsindən asılı olmayaraq, faktiki Aşura günü iş günü olmur”. /Deyerler/


Story Code: 47032

News Link :
https://www.islamtimes.org/az/news/47032/əli-kərimli-aşuradan-danışdı

Islam Times
  https://www.islamtimes.org