0
Thursday 16 December 2010 - 11:58

"Sovet hökumətində də məhərrəmliyə bu qədər qadağa yox idi"

Story Code : 47033
Masallı məhərrəmlik
Masallı məhərrəmlik
Masallıda baş verənlər ölkə mətbuatında qismən düzgün işıqlandırılmamışdır. "Deyerler"-ə yerli mənbələrin verdiyi məlumatda bildirilir ki, bu gün rayonda cərəyan edən hadisələr - hicaba etiraz aksiyası deyil, Aşura öncəsi Tasua günü ilə əlaqədar keçirilmiş yürüşdə baş vermişdir. Yəni, Masallıda hicaba etiraz adı ilə ayrıca aksiya olmamışdır.
Masallı Rayon İcra Hakimiyyəti istiqamətindən davam edən matəm yürüşünün qarşısı Rayon Təhsil Şöbəsinin qarşısında polis tərəfindən dayandırılıb. Buna səbəb yürüş iştirakçılarının təhsil şöbəsinin qarşısından keçərkən hicab qadağasına etirazı ifadə edən şüar səsləndirilməsi olub. Hazırda müvəqqəti saxlanılmış son yürüş iştirakçısı da azadlığa buraxılıb. Yürüş zamanı yerli polisin rayon inanclılarına qaşrı zorakılıq tətbiq etdiyi bildirilir. Qeyd edək ki, yürüş rayonun gənc inanclıları tərəfindən keçirilmişdir.
Baş verənləri şərh edərkən rayonun nüfuzlu ruhanilərindən Seyyid Hacı Fəramiz Abbasov "Deyerler"-ə bildirmişdir: “Bu mərasimlər bizim üçün yeni deyil. Biz elə sovet dövründən də bu mərasimlərimizi keçiririk. Düzdür, sovet dönəmində qadağa var idi, amma kimsə bizə matəm mərasimlərinin keçirilməsində belə mane olmurdu. Müstəqillik dövründə də biz bu mərasimlərimizi keçirmişik. Bu mərasimlərdə mən nə qanun, nə də dövlət əleyhinə bir şey görmürəm. Bu dini mərasimdir, dünyanın hər bir yerində belə mərasimlərdə yürüşlər və digər tədbirlər keçirilir. Bu da təbiidir. Müsəlmanıq, əzadarlığımızı da keçiririk. Bundan sonra da canımızda nə qədər can var, bu mərasimlərimizi yenə də keçirəcəyik”.
Comment