QR CodeQR Code

Aşura meydanında salavatla qarşılanan baş nazir

16 Dec 2010 21:18

IslamTimes - Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan Aşura mərasimlərinə qatılıb. Türkiyənin Aşura meydanı Halkalıdakı matəm mərasimlərinə qatılan Ərdoğan matəm iştirakçıları tərəfindən salavatlarla qarşılanıb.


Türkiyə mətbuatının verdiyi məlumatlara əsasən, mərasim zamanı baş nazir meydana daxil olarkən kütlə əvvəl onu alqışla qarşılayıb. Lakin mərasim təşkilatçılarının tədbirin matəm mərasimi olduğunu xatırlatmasından sonra alqışlar dayandırılıb, baş nazir salavatlarla qarşılanıb.
Qeyd edək ki, sözügedən matəm mərasimlərini Türkiyənin bir sıra telekanalları ilə bərabər bir çox əcnəbi kanallar da canlı yayımlayıblar. Halkalıdakı Aşura mərasimi artıq başa çatıb. /Deyerler/


Story Code: 47063

News Link :
https://www.islamtimes.org/az/news/47063/aşura-meydanında-salavatla-qarşılanan-baş-nazir

Islam Times
  https://www.islamtimes.org