QR CodeQR Code

Avroqrup: Yunanıstanın təkliflərinə referendumdan sonra baxılacaq

1 Jul 2015 12:49

IslamTimes - Beynəlxalq institutlar Yunanıstanın təkliflərini yalnız referendumdan sonra dəyərləndirə bilər.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avroqrupun sədri Yerun Deysselblum bəyan edib.
Onun sözlərinə görə, iyulun 1-də, növbəti fövqəladə telekonfrans zamanı Yunanıstanın baş naziri Aleksis Tsiprasın müraciətinə baxılacaq.
Qeyd edək ki, iyulun 5-də Yunanıstanda beynəlxalq kreditorlarla razılaşmaya dair referendum keçiriləcək.
Yunanıstan hökuməti ölkə büdcəsi 2010 və 2012-ci illərdə defoltdan xilas olunduqdan sonra 240 mlrd. avro məbləğində yaranmış borcun nizamlanması ilə bağlı Aİ və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.


Story Code: 470645

News Link :
https://www.islamtimes.org/az/news/470645/avroqrup-yunanıstanın-təkliflərinə-referendumdan-sonra-baxılacaq

Islam Times
  https://www.islamtimes.org