0
Thursday 16 December 2010 - 21:36

Gəncədə izdihamlı Aşura mərasimləri keçirilib

Story Code : 47066
Gəncə Aşura
Gəncə Aşura

Redaksiyamıza daxil olan məlumata görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə izdihamlı Aşura mərasimləri keçirilib. Şəhərin müxtəlif yerlərində əzadarlıq məclisləri təşkil olunsa da, əsas tədbir müsəlmanların beşinci imamı İmam Muhəmməd Baqirin (ə) oğlu Şahzadə İbrahimin (ə) məzarının olduğu "İmamzadə" ziyarətgahında keçirilib. Şəhərin müxtəlif yerlərindən ziyarətgaha dünən gecədən yürüşlər təşkil olunub. Ən böyük yürüşlərdən biri "Qazaxlar" məscidindən ziyarətgaha qədər keçirilib. Bu yürüşdə minlərlə insan iştirak edib.
Gəncədə keçirilən Tasua-Aşura yürüşlərində ölkə ilahiyyatçılarının müraciətini əsas tutaraq, hicabla bağlı şüarlar səsləndirilməmişdir. /Deyerler/ 

Comment