0
Thursday 2 July 2015 - 07:12

Suriya kürdlərindən Türkiyəyə xəbərdarlıq: Müdaxiləniz cavabsız qalmayacaq

Story Code : 470868
Suriya kürdlərindən Türkiyəyə xəbərdarlıq: Müdaxiləniz cavabsız qalmayacaq
Dünən Suriya kürdələrinin əsas partiyası olan Demokratik Birlik Partiyası (PYD) bəyanat verərək, Suriyanın şimalına təhlükəsiz zona adı altında istənilən “təcavüzə” müqavimət göstərməyə hazır olduqlarını qeyd edib.
"Rojavaya istənilən hərbi müdaxilə yerli, regional və beynəlxalq təsirini göstərəcək və Suriya və Yaxın Şərqdə siyasi vəziyyəti mürəkkəbləşdirəcək, eləcə də beynəlxalq təhlükəsizliyi,  sülhü təhlükəyə atmasına öz töhvəsini verəcəkdir" ifadəsi PYD-nin bəyanatda qeyd olunub.
Suriyadakı kürdlər Türkiyənin sərhəddində müstəqil dövlət yaratmaq niyyətlərinin olmadığını qeyd edərək, öz qonşuları ilə yaxşı münasibətlərdə olmaq istədiklərini bildiriblər./deyerler/
Comment