0
Thursday 2 July 2015 - 07:31

Misir qarışdı: Polis bir neçə "Müsəlman qardaşları" liderlərini öldürdü, təşkilat üsyana çağırdı

Story Code : 470873
Misir qarışdı: Polis bir neçə "Müsəlman qardaşları" liderlərini öldürdü, təşkilat üsyana çağırdı
Polis əməliyyat nəticəsində qarşıdurmanın baş verdiyini iddia etsə də, öldürülənlərin yaxınları heç bir polis işçisinin yaralanmadığını və öldürülənlərin hamısının isə silahsız olduğunu bildiriblər. Ölən 9 doqquz nəfərin hamısının Müsəlman Qardaşları Təşkilatının liderlərindən olduğu qeyd olunur. Polisin öldürdüyü şəxslər arasında Müsəlman Qardaşları Təşkilatının çox tanınmış bir vəkili və eyni zamanda sabiq deputat Nasir Əl-Hafi də var.
Bu arada Müsəlman Qardaşlar Təşkilatı bəyanat verərək Qahirədəki mənzildə təşkilatın rəhbərlərindən bir neçəsinin öldürülməsilə əlaqədar xalqı Misir prezidenti Əbdül Fəttah Əs-Sisiyə qarşı üsyana çağırıb.
Comment