QR CodeQR Code

Məscidlərdə qanvermə aksiyası keçirilib

17 Dec 2010 00:59

IslamTimes - Azərbaycanda Aşura günü ilə bağlı səhər saat 08.00-dan etibarən məscidlərdə qanvermə aksiyası başlayıb


Mərkəzi Qan Bankında qanla keçən infeksiyalar bütün standartlara uyğun yoxlanılır, daha sonra ehtiyacı olan xəstələrə veriləcək. Yığılan qanlar əsasən talessemiya və gen xəstəliklərindən əziyyət çəkənlərə veriləcək. Bunu Trend-ə Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyeva deyib.Saat 10:00-a qədər Təzə Pir məscidində 100 nəfərə yaxın şəxs qan verib.Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü - dekabrın 16-da qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahları müəyyənləşdirib. Təzə Pir , Hacı Sultanəli, Bibiheybət, Qaraçuxur, Mir Mövsüm ağa, Sumqayıt məscidləri, Gəncədə İmamzadə ziyarətgahı, Mingəçevirdəki Heydər, Şəki, Şirvan, Lənkərandakı Böyükbazar və Bərdə məscidlərində qanvermə aksiyaları təşkil ediləcək. Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.Qeyd edək ki, 1368 il öncə məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.


Story Code: 47099

News Link :
https://www.islamtimes.org/az/news/47099/məscidlərdə-qanvermə-aksiyası-keçirilib

Islam Times
  https://www.islamtimes.org