QR CodeQR Code

Çabaharda baş vermiş terror hadisəsində 38 şəhid və 55 yaralı var

IRIB , 17 Dec 2010 16:30

Islamtimes - İranın Qırmızı Aypara cəmiyyətinin yardım və nicat təşkilatının sədri İranın cənub şərqində yerləşən Çabaharda iki terrorçu partlayışın baş verməsindən xəbər verib.


Fars xəbər agentliyinin məlumata əsasən, İranın Qırmızı Aypara cəmiyyətinin yardım və nicat təşkilatının sədri Mahmud Müzəffər deyib : Bu gün səhər bu şəhərin icra hakimiyyəti binası önündə, habelə Qırmızı Aypara cəmiyyətinin təcili yardım avtomobilinin kənarində iki terrorçu partlayış baş verib ki, bu partlayışlar nəticəsində vətəndaşlardan 38 nəfər şəhid olub və 55 nəfər yaralanıb.

Müzəffər deyib : İranın Qırmızı Aypara cəmiyyətinin təcili yardım maşını kənarında baş vermiş terrorçu əməliyyatda bu cəmiyyətin xilasedicisi yaralanaraq müalicə üçün xəstəxanaya köçürülüb.


Story Code: 47135

News Link :
https://www.islamtimes.org/az/news/47135/çabaharda-baş-vermiş-terror-hadisəsində-38-şəhid-və-55-yaralı-var

Islam Times
  https://www.islamtimes.org