0
1
comments
Friday 17 December 2010 - 16:50

Cəlilabad əhalisinin möhtəşəm etiraz aksiyası

Story Code : 47137
Cəlilabad əhalisinin möhtəşəm etiraz aksiyası
Cəlilabad əhalisinin möhtəşəm etiraz aksiyası
"İslamTimes"-in Cəlilabad rayonundakı müxbirinin verdiyi məlumata əsasən, ötən gün, Aşura mərasimində iştirak etmək üçün came məscidinə toplaşmış minlərlə Cəlilabad sakini, məktəblərdəki hicab qadağasına qarşı çıxıblar. İlk dəfədir ki, rayonda Aşura mərasimi bu qədər izdihamla keçirilir. 
Rayon əhalisi, dövlətdən hicab qadağasının tezliklə aradan qaldırılmasını tələb ediblər. Onlar imam Hüseynin dinə görə canından keçdiyini xatırladaraq deyiblər: "Bizim imamımız dinə görə canından keçdi. Peyğəmbər (s) ən şərəfli ölümün din yolunda ölüm olduğunu bildirir. Bizim də dindən başqa bir şeyimiz yoxdur. Lazım gələrsə, inanclarımız yolunda canımızdan da keçəcəyik! Dəyərləri qorumaq üçün qurban tələb olunur!"
Nəzərinizə çatdıraq ki, Cəlilabad came məscidinə toplaşmış minlərlə insan "Misir kafir oldu, Allaha düşmən oldu", "Allahu-Əkbər" və "Hicaba azadlıq" kimi şüarlar səsləndiriblər.
Comment


Azerbaijan
beli biz etiraz edirik ve sozumuzun arxasinda qiyamete kimi dayanacagiq. biz muselmanlar ancaq bayraqimizi operken diz cokuruk.dushmenin qarshisinda hec vaxt diz cokmemishik ve cokmeyeceyik.ALLAHU AKBER