0
Wednesday 8 July 2015 - 16:04

"Əgər bu gün İŞİD-ə qalib gəlmiriksə, onda biz uduzuruq"

Story Code : 472355
"Əgər bu gün İŞİD-ə qalib gəlmiriksə, onda biz uduzuruq"
Amerika Birləşmiş Ştatları Senatının Silahlı Qüvvələr Komitəsi prezident Barak Obamanın İŞİD silahlılarına qarşı mübarizə strategiyasını mühakimə edib. ANS PRESS-in məlumatına görə, komitənin sədri Con Makkeyn bildirib ki, Amerika hökumətinin İŞİD-ə qarşı mübarizə strategiyasının uğurlu olacağına dair heç bir göstərici, əsas yoxdur. Onun sözlərinə görə, Amerika əgər müharibədə qalib gəlmirsə, deməli, məğlub olur.
Amerikalı siyasətçi, senator Con Makkeyn
“Əlimizdə olan vasitələr məqsəd və hədəflərimizi icra etməyə kifayət etmir. Bu isə, o deməkdir ki, biz qalib gəlmirik və nəticə etibarilə məğlub oluruq. Prezident hava məkanında üstün olduğumuzu bildirir. Lakin bizim havada hərəkətimizi məhduddur. Yerüstü mübarizədə isə, kəşfiyyat xidmətinin zəif olması ucbatından İŞİD mülki insanlar arasında gizləndikdə tamamilə təsirsiz olur”
İclasda çıxış edən ölkənin müdafiə naziri Eş Karter Obamanın mübarizə siyasətini müdafiə edib.
“Biz hazırda bu yanaşma tərzini təhlil edirik. Ramadinin ələ keçməsindən sonra bu strategiyanı müzakirə etməyə başlamışıq. Strategiya doğrudur, lakin onun icra olunma tərzi daha da möhkəmləndirmək olar və biz bunu edəcəyik”
Bir qədər əvvəl ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizənin asan olmadığını etiraf etmişdi.
Amerika hərbi rəhbərliyi 2 il ərzində 40 minə yaxın əsgəri ixtisara salacaq. İxtisara düşənlər arasında, eyni zamanda, 17 min mülki xidmətçilər də var. Belə olan halda, 2017-ci ildə Amerika ordusunun əsgəri say tərkibi 450 minə qədər azalacaq. 2012-ci ildə İraq və Əfqanıstanda yaşanan münaqişələr fonunda ABŞ ordusunda 570 min nəfər xidmət göstərirdi.
Comment