QR CodeQR Code

Angela Merkel Əfqanıstana qəfil səfər edib

19 Dec 2010 00:54

IslamTimes - Ötən gün Almaniya kansleri Angela Merkel Əfqanıstana qəfil səfər edib.


Səfərdə kansleri müdafiə naziri və qoşun komandanı müşayiət edir.
Angela Merkel Əfqanıstanın şimalındakı Qunduz şəhərində yerləşən Almaniya hərbi bazasına baş çəkib. Bu hərbi bazada xidmət edən hərbçilər NATO ölkələrinin birləşmiş kontingentinin tərkibində əməliyyatlarda iştirak edirlər.
A.Merkelin sonrakı planları və səfər qrafiki barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, hazırda 4700 alman hərbi qulluqçu xidmət keçir. Almaniya indiyədək Əfqanıstanda 40 hərbçi itirib.


Story Code: 47298

News Link :
https://www.islamtimes.org/az/news/47298/angela-merkel-əfqanıstana-qəfil-səfər-edib

Islam Times
  https://www.islamtimes.org