QR CodeQR Code

İran XİN başçısı: “Qərb nüvə razılaşması və sanksiyaların saxlanması arasında seçim etməlidir”

Apa , 11 Jul 2015 08:45

Islamtimes - “Altılıq” ölkələri nüvə razılaşması və İrana qarşı sanksiyaların saxlanması arasında seçim etməlidir.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada bəyan edib.

“Qərb ölkələrinin mövqelərində müşahidə olunan dəyişiklik və hədsiz tələblər razılaşmanı mümkünsüz edir. Bu dövlətlər nüvə razılaşmasının əldə edilməsi və sanksiyalar rejiminin davamı arasında seçim etməli olacaqlar. Biz dəfələrlə bəyan etmişik – razılaşma və təzyiq metodları bir-biri ilə uzlaşmır. Tarazlaşdırılmış və ədalətli saziş üçün siyasi iradə nümayiş etdirilməlidir”, deyə M.Zərif bildirib.

İran XİN rəhbəri əlavə edib ki, yekun razılaşmanın əldə edilməsi üçün rəsmi Tehranın nümayəndə heyəti danışıqları davam etdirməyə hazırdır.


Story Code: 473006

News Link :
https://www.islamtimes.org/az/news/473006/iran-xin-başçısı-qərb-nüvə-razılaşması-və-sanksiyaların-saxlanması-arasında-seçim-etməlidir

Islam Times
  https://www.islamtimes.org