QR CodeQR Code

İran müdafiə naziri: "İsrail İŞİD-in hesabına öz ərazisini genişləndirmək istəyir"

Deyerler , 11 Jul 2015 09:06

İslamtimes - İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan İsrail rejiminin işğal etdiyi ərazilərini genişləndirməyə dair hazırladığı plana görə xəbərdarlıq edib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Dehqan qeyd edib ki, İsrail rejimi İŞİD terror qruplaşmasının dəstəyi ilə işğal etdiyi əraziləri genişləndirmək istəyir.

"Bu gün beynəlxalq Qüds günü ilə bağlı keçiriləcək mitinq ötən il təşkil olunan bu cür mərasimlərdən daha önəmlidir. Çünki sionist İsrail rejimi İŞİD terrorçularının tam dəstəyi ilə işğal etdiyi əraziləri genişləndirmək istəyir. Bu mitinq bir daha xatırladacaq ki, Qüdsün azad olunmasının yeganə yolu müsəlmanların birliyidir", - deyə o, bildirib


Story Code: 473013

News Link :
https://www.islamtimes.org/az/news/473013/iran-müdafiə-naziri-israil-işid-in-hesabına-öz-ərazisini-genişləndirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org