0
Monday 13 July 2015 - 01:29

V. Putin: İrana qoyulan sanksiyalar faydasızdır və aradan qaldırılmalıdır

Story Code : 473387
V. Putin: İrana qoyulan sanksiyalar faydasızdır və aradan qaldırılmalıdır
Sizinyol.com saytı xarici KİV-ə istinadən xəbər verir ki, Ufa şəhərində təşkil olunmuş “Şanxay Əməkdaşlıq Təşkilatı” və “Brics” qrupunun birgə iclasında keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimr Putin İrana qoyulan sanksiyaların faydasız olduğunu deyib və nüvə məsələsində razılığa gəlindikdən dərhal sonra bu sanksiyaların aradan qaldırılmasını tələb edib.

V. Putin deyib: “Bizim nəzərimiz budur ki, İran əleyhinə olan bütün sanksiyalar götürülsün, amma mühüm sual odur ki, hansı sanksiyalar və nə zaman? Biz (rəsmi Moskva) bütün sanksiyaların mümkün olan ən qısa zamanda aradan götürülməsinin tərəfdarıyıq.”

Putin həmçinin İranın nüvə proqramında razılığa gəlinmə məsələsinin beynəlxalq təhlükəsizlik üçün taleyüklü məsələ olduğunu diqqətə çatdırıb və İranla “5+1″ ölkələri arasında gedən nüvə danışıqlarının ən qısa müddətdə bir nəticəyə çatacağına ümid etdiyini bildirib.
Source : Sizinyol
Comment