0
Sunday 19 December 2010 - 16:48

Moskva milisi 1200 nəfəri saxlayıb

Story Code : 47360
Moskva milisi 1200 nəfəri saxlayıb
Moskva milisi 1200 nəfəri saxlayıb
Məlumata görə, saat 09:00-dan 21:00-a kimi razılaşdırılmamış aksiyaların keçirilməsinin, ictimai asayişi və təhlükəsizliyin pozulmasının qarşısını almaq məsqədilə daxili işlər bölmələrinə 1192 nəfər gətirilib. Onlar əsasən Manej, Avropa meydanları, "Ostankino" bölgəsində, eləcədə metropolitendə saxlanılıblar. Saxlanılanlardan 11 travmatik, 2 pnevmatik tapança, 21 bıçaq, fişəng və qaz balonları götürülüb.
Qeyd edək ki, bundan öncə Moskva Şəhər Daxili İşlər İdarəsinindən 500 nəfərin saxlandığı bildirilirdi. Onların əksəriyyəti məktəblərin yuxarı sinif şagirdləri olublar.
Hüquq mühafizə orqanlarından bildirib ki, kütləvi iğtişaşlar təhlükəsi ilə bağlı gücləndirilmiş tədbirlər paytaxtda bu gün axşama kimi davam edəcək. /ANS/
Comment