QR CodeQR Code

ATV-nin apardığı anti İslam siyasəti

IslamTimes , 20 Dec 2010 00:04

Islamtimes - Şagirdlər hicab əleyhinə müsahibəyə məcbur edilirlər.


Islamtimes.org/az - Daim İslama zidd təbliğatı ilə inanclıların nifrət obyektinə çevirilən Azad Azərbaycan Televiziyası indi də ən əktual mövzu olan “Təhsildə Hicab” problemini tez tez gündəmə gətirir.
Bu gün “Həftə Sonu” verlişində yenidən hicab məsələsini gündəmə gətirən kanal adəti üzrə bir tərəfli mövqe göstərib xalqı inanclılarla mübarizəyə çağırdı.
Apardığımız jurnalist araşdırmalarından məlum olur ki, bəzi məktəblərin rəhbərliyi tərəfindən şagirdlər baş örtüyünün əleyhinə bu telekanalda müsahibə verməyə məcbur belə edilirlər.
Hələ qabaqlar kanalın “El İçində” verilişi daim İslami kuralların yalnış müzakirəsinə rəvac verirdi.
Sabah yəni dekabrın 20 də “El İçində” verilişində yenidən hicab məsələsi müzakirə obyektinə çeviriləcək.
Sadiq İmanov (İslam Times. Bakı)


Story Code: 47389

News Link :
https://www.islamtimes.org/az/news/47389/atv-nin-apardığı-anti-islam-siyasəti

Islam Times
  https://www.islamtimes.org