QR CodeQR Code

Obama İranla imzalanmış razılaşmanı müzakirə etmək üçün Putinə zəng edib

Deyerler , 16 Jul 2015 01:44

İslamtimes - Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə İranla imzalanan nüvə sazişinin nəticələrini müzakirə ediblər. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.


Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Obama və Putin İranla imzalanan nüvə sazişini yüksək qiymətləndiriblər. İki prezident arasında telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.

"Liderlər Vyanada İranın nüvə proqramı üzrə uğurla nəticələnən nüvə danışıqlarına yüksək qiymət veriblər. Onlar bildiriblər ki, uzun illər ərzində "altılıq" ölkələrinin konstruktiv səylərinə görə və çəkilən zəhmətlər nəticəsində razılaşmasının əldə olunması mümkün oldu", - deyə Kremlin mətbuat xidmətindən bildiriblər.


Story Code: 474126

News Link :
https://www.islamtimes.org/az/news/474126/obama-iranla-imzalanmış-razılaşmanı-müzakirə-etmək-üçün-putinə-zəng-edib

Islam Times
  https://www.islamtimes.org