0
Thursday 16 July 2015 - 13:54

Terrorçular bir-birini darmadağın etdi

Story Code : 474247
Terrorçular bir-birini darmadağın etdi
"Sizinyol" bildirir ki, "Əhraruş-Şam" terrorçu qruplaşmasına aid informasiya vasitələri "Əbu Əbdur-Rəhman Ənsari" qrupunun liderinin İŞİD terroristlərinin intihari əməliyyatı nəticəsində öldüyünü xəbər veriblər. "Əbu Əbdur-Rəhman Ənsari" qrupu "Əhraruş-Şam" terror təşkilatının bir qanadıdır. Xəbərdə bildirilir ki, iki İŞİD terrorçusu intihari bir əməliyyatla "Əbu Əbdur-Rəhman Ənsari" qrupunun lideri Əbu Əbdur-Rəhman Səlqinin də olduğu Suriyanın Rif məntəqəsindəki bir məkana daxil olaraq intihar kəmərini partladıblar. Nəticədə onlarla terrorist məhv olub.
Comment