0
Sunday 19 July 2015 - 10:58

Yunanıstanın xilas planının iflası

Story Code : 474585
Yunanıstanın xilas planının iflası
Yunanıstanda baş nazir Aleksis Tsiprasın yenicə qurduğu hökumət sabahdan etibarən ölkədə bankların fəaliyyətə başlaması üçün sərəncam qəbul edib.
3 həftə sonda, nəhayət ki, vətəndaşlar sərbəst şəkildə bank əməliyyatları icra edə biləcəklər. Lakin banklar xaricə pul köçürmələrinə qarşı məhdudiyyətlər müəyyən edib. Eyni zamanda, vətəndaşların həftə ərzində 420 avrodan artıq pul çəkmələrinə də icazə yoxdur.
Hökumət bir qədər əvvəl Avropa Mərkəzi Bankının Yunanıstana 7 milyard avro kredit tranşı köçürəcəyinə dair razılaşma sənədini təsdiqlədikdən sonra belə bir qərar qəbul etmişdi.
Hakim Siriza partiyasının radikal-solçu nazirləri avropalı kreditorlarla əldə olunan yeni kredit şərtlərinə qarşı çıxdığı üçün Aleksis Tsipras ölkədə hökumət dəyişikliyinə getmək məcburiyyətində qaldı. Hazırkı hökumətin kreditin ödənilməsində öz öhdəliklərini yerinə yetirə bilib-bilməyəcəyi isə şübhə altındadır.
Bir qədər əvvəl ölkənin sabiq maliyyə naziri Yanis Varufakis iqtisadiyyatın xilas olunması ilə bağlı yeni planın uğursuzluğa düçar olacağını bildirmişdi. Onun sözlərinə görə, Avropa Birliyi Yunanıstanı “makroiqtisadiyyatın çökməsinə gətirib çıxarıacaq bir planı qəbul etməyə” məcbur edir.
Bir neçə gün əvvəl Avaropa Birliyi Yunanıstana 3 il ərzində 85 milyard avro dəyərində yardım etməyə razılıq verib.
Comment