0
Monday 20 December 2010 - 14:52

BMT-nin hesabatı rəsmi İrəvanı təşvişə saldı

Story Code : 47481
BMT-nin hesabatı rəsmi İrəvanı təşvişə saldı
BMT-nin hesabatı rəsmi İrəvanı təşvişə saldı
Islam times.org/az - Ermənistan hakim partiyasının 20 illik yubuleyi ilə əlaqədr keçirilən tədbidən sonra jurnalistlər qarşısında çıxış edən Ermənistan Müdafiə Naziri Seyran Ohanyan bu barədə media nümayəndələrinə açıqlama verib.
Ermənistan KİV-ndə BMT-nin açıqlaması barədə geniş müzakirələr dərc olunub. Erməni mediası “Ukraina, Belarus və Cənubi Afrika Respublikası Azərbaycanı Silahlandırır” başlıqlı yazılarla sərt etiraz edərək narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, BMT silahlar Registiri Azərbaycanın aldığı silahların tam siyahısını açılayıb. Siyahıya əsasən Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 "Pion" özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 "Qvozdika", 6 ədəd 152 mm çaplı 2C3 "Akatsiya" özüyeriyən haubitsa alıb. Əlavə olaraq Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də alıb. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd "Su-25" (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd "MiG-29 UB" döyüş təyyarəsi, həmçinin 11 ədəd "Mi-24" döyüş helikopteri alıb.
Sadiq İmanov (İslamtimes. Bakı)
Source : IslamTimes
Comment