QR CodeQR Code

İnqilab Rəhbəri: Şiə-sünni vəhdəti zəruridir

IRIB , 21 Dec 2010 17:19

Islamtimes - İslam İnqilabının Böyük Rəhbəri İran və Qətər dövlətləri arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etməsini bu iki ölkə və regiona üçün dəyərli fürsət adlandırıblar.


Həzrət Ayətullahil Üzma Xamenei bu gün dekabrın 20-də Qətər dövlətinin Əmiri Şeyx Həməd Bin Xəlifə Alisanini qəbulu zamanı regionda xüsusilə də Fars Körfəzində təhlükəsizliyin qorunmasını zəruri sayaraq deyiblər: Fars Körfəzinin təhlükəsizliyinə ayrı-seçkilik əsasında yanaşmaq olmaz. Bölgədə dinclik olarsa , bu bütün ölkələrin xeyrinə olacaq. Ancaq təhlükəsizlikdə problem yaranarsa, bütün regiona ölkələri zərərə düşəcəklər.

Bəzi regiona ölkələrinin Fars Körfəzində təhlükəsizliyin əhəmiyyətini yetərincə dərk etməmələrinə toxunan Böyük Rəhbər deyiblər: Təəssüflər olsun ki, amerikalılar və sionistlərin bu ölkələrə bəzi məsələləri aşılayır və onları təhlükəsizliyin əhəmiyyətindin yayındırmağa çalışırlar.

O, Həzrət sonra regionda şiə-sünni vəhdətinin əhəmiyyətli olmasına işarə edərək bildiriblər ki, şiələr və sünnilər əsrlər boyu bir-birinin kənarında səmimi, dinc həyat sürüblər. Lakin bəzi qüvvələr bu səmimi atmosferi pozmaq və şiə-sünni arasındakı əqidə fərqini ictimai ixtilafa çevirmək istəyirlər.

İslam İnqilabının Böyük Rəhbəri sonda Qətər əmirinin Livanla bağl fikrinə və Rəfiq Həriri məhkəməsinin çıxaracağı qərara toxunaraq buyurublar: Bu məhkəmə sifarişli məhkəmədir, çıxaracağı qərar isə qəbul olunmazdır.


Story Code: 47556

News Link :
https://www.islamtimes.org/az/news/47556/inqilab-rəhbəri-şiə-sünni-vəhdəti-zəruridir

Islam Times
  https://www.islamtimes.org