0
Tuesday 21 December 2010 - 17:30

ERMƏNİSTAN S-300-ə SAHİB OLDUĞUNU RƏSMƏN AÇIQLADI

Story Code : 47559
ERMƏNİSTAN S-300-ə SAHİB OLDUĞUNU RƏSMƏN AÇIQLADI
ERMƏNİSTAN S-300-ə SAHİB OLDUĞUNU RƏSMƏN AÇIQLADI
Ermənistan rəsmi olaraq ilk dəfə, dünyanın ən təsirli müdafiə sistemlərindən biri olaraq qəbul edilən S-300 raketdən müdafiə sisteminə sahib olduğunu açıqlayıb. Fakteber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, “qeyri-müəyyənlik siyasət”ini seçən Ermənistan S-300-ə sahib olduqıarını rəsmən açıqlayıb.

Ermənistan Azadlıq Radiosunun xəbərinə görə, müdafiə naziri Seyran Ohanyan həftə sonu Ermənistana aid raketdən müdafiə sistemi təsislərində araşdırmalar aparıb. 200 kilometr mənzilli S-300 raketləri 1990-cı illərin sonlarında Moskva-İrəvan birgə təhlükəsizlik sazişindən sonra Ermənistanda yerləşdirilib.

Ermənistan müdafiə nazirliyinin sözcüsü Davit Karapetyan, Ohanyanın həftə sonunda S-300 raketdən müdafiə sistemi təsislərində yoxlama apardığını təsdiqləyib.Bu zenit-raket komplekslərinin sayını açıqlamaqdan imtina edən Karapetyan erməni silahlı qüvvələrinin 2005-ci ildən başlayaraq bu sistem üzrə təlim keçməyə başladıqlarını bildirib.

Analitiklərin fikirinə görə, Ermənistanın məhz indi S-300 sahib olduğnu açıqlaması Azərbaycan vəTürkiyə arasında imzalanması planlaşdırılan starteji tərəfdaşlıq müqaviləsi gündəmə gəlməsinə görədir.



Emin Nəsirli
Source : faktxeber
Comment