QR CodeQR Code

Ərdoğan İsraili tənqid etdi

21 Dec 2010 18:37

IslamTimes - Ərdoğan: “İsrail rejimi beynəlxalq qanunvericiliyi ayaq altına alır”


“İsrailin davranışları, belə bir təəssürat yaradır ki, o, heç bir sülhdə maraqlı deyil”. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyanın rəsmi xəbər agentliyinə verdiyi müsahibəsində bildirib. Ərdoğanın sözlərinə görə, İsrail rejimi Fələstində qanunsuz yaşayış yerlərinin inşasını dayandırmaq tələblərini rədd edib və hələ də qanunsuz əməlləri ilə beynəxalq qanunvericiliyi tapdaq altına alır, - “Salamnyus” xəbər verir.
“Hətta ABŞ-ın belə İsraili öz qanunsuz davranışlarından çəkindirə bilməməsi, bizim həyacan təbili çalmamıza əsas verir”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə baş naziri onu da əlavə edib ki, İsrail rejimi “Mavi Mərmərə” gəmisində törətdiyi qətliamdan sonra Türkiyənin onun üzərinə qoyduğu tələbləri yerinə yetirməyənə qədər onlar İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmayacaq. /Deyerler/


Story Code: 47564

News Link :
https://www.islamtimes.org/az/news/47564/ərdoğan-israili-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org