QR CodeQR Code

Azərbaycan nota verdi

22 Dec 2010 08:29

IslamTimes - Azərbaycan Avropa İttifaqına və Polşaya nota verib


Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət olunaraq, məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası qarşı tərəfə təqdim edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.
Avropa İttifaqı institutları, eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.


Story Code: 47622

News Link :
https://www.islamtimes.org/az/news/47622/azərbaycan-nota-verdi

Islam Times
  https://www.islamtimes.org