QR CodeQR Code

Həmas Müqavimət məhbuslarının azadlığını istədi

22 Dec 2010 18:08

IslamTimes - Həmas xəbərdarlıq edib ki, Müqavimət qüvvələrinin Qərb Sahilini nəzarətində saxlayan Muxtariyyət hökumətinin zindanlarında saxlanmasını cavabsız qoymayacaq.


Həmas Hərəkatının siyasi bürosunun üzvü İzzət əl-Şərq deyib: Həmas fəallarının həbsdə qalması Fələstində milli barışığa mane olur. Bu səbəbdən Əbumazin hökumətinin öz rəftarını dəyişmədiyi təqdirdə Həmas milli barışığın reallaşmasında öz strategiyasını dəyişəcək.
Əl-Şərq qeyd edib ki, Əbumazin hökuməti Fələstin xalqının maraqlarını təmin etmək yerinə Sionist ağalarına qulluq edir.
Həmasın siyasi bürosunun üzvü həmçinin müqavimət qüvvələrinə Qərb Sahilindəki zindanlarda işgəncə verildiyini xəbər verib.
Onun sözlərinə görə, Fələstin muxtariyyətinin zindanlarında həbsdə olan həmas üzvləri ruhi və fiziki işgəncələrlə üzləşdiklərinə görə aclıq aksiyasına əl atıblar.
Həmas Hərəkatı ötən gün yaydığı bəyanatda bildirib ki, bu hərəkatın əsirləri Muxtar hökumətin zindanlarından azad olunmayana qədər Fəthlə Həmas arasında barışıq müzakirələrinin təşkili mümkün olmayacaq.


Story Code: 47699

News Link :
https://www.islamtimes.org/az/news/47699/həmas-müqavimət-məhbuslarının-azadlığını-istədi

Islam Times
  https://www.islamtimes.org